Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çoban Xanışın ailəsi ilə görüşüb
Far.Az xəbər saytı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çoban Xanışın ailəsi ilə görüşüb


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lerikə səfəri zamanı bir vaxtlar ümummilli lider Heydər Əliyevlə şəxsi dostluğu ilə məşhurlaşan, mərhum çoban Xanış Şahıyevin ailəsinə baş çəkib.

"Far.Az" xəbər verir ki, söhbət zamanı ümummilli lider Heydər Əliyevlə Xanış Şahıyev arasındakı səmimi dostluq, Prezident İlham Əliyevlə olan görüşlər xatırlanıb. Heydər Əliyevlə çoban Xanışın dostluğunu əks etdirən, müxtəlif görüşlərdən xatirə olan fotoalboma baxılıb.

Görüşdə ailənin şəhid övladlarının Vətən uğrundakı döyüşləri də xatırlanıb. Qeyd edək ki, Xanış Şahıyevin nəvələri Elgün və Altay qardaşları Vətən müharibəsi zamanı şəhid olub. Onların əmiləri Camal və Hüseyn Şahiyevlər isə Birinci Qarabağ müharibəsində şəhid olublar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Mehriban Əliyevanın doğum günüdür
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər