"Axios": ABŞ və İran daha bir-birinə hücum etməyəcək, Dohada Hörmüz boğazı ilə bağlı görüş keçiriləcək
Far.Az xəbər saytı

"Axios": ABŞ və İran daha bir-birinə hücum etməyəcək, Dohada Hörmüz boğazı ilə bağlı görüş keçiriləcək


ABŞ və İran bir-birinə hücum etməyi dayandırmaq barədə razılığa gəliblər.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ-nin yüksək vəzifəli rəsmisi "Axios" portalına bildirib.

Qeyd olunub ki, tərəflər çərşənbə axşamı Qətərin paytaxtı Doha şəhərində Hörmüz boğazı ilə bağlı mübahisəni həll etmək üçün görüşməyi planlaşdırırlar.

"Axios"un müxbiri Barak Ravid "X" sosial media hesabında yazıb ki, onun həmsöhbətlərindən birinin sözlərinə görə, tərəflər əvvəlcə çərşənbə axşamı günü İsveçrədə məsləhətləşmələr keçirməyi planlaşdırırdılar və orada İranın nüvə proqramı müzakirə ediləcəkdi.

Lakin son günlərdə baş verən gərginlik səbəbindən ABŞ və İran danışıqların yerini və diqqət mərkəzini dəyişdirmək qərarına gəliblər. Amerikalı mənbə əlavə edib ki, məsləhətləşmələrdə ABŞ tərəfindən texniki qrupun rəhbəri Nik Stüart iştirak edəcək.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Leyla Əliyeva və Alena Əliyeva Qubada internat tipli məktəbi və STEAM mərkəzini ziyarət ediblər
HONOR Azərbaycanda ikinci rəsmi mağazasını və ilk servis mərkəzini açdı
Leyla Əliyeva Tiranada "Hannah və Rosafa" uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər