Azərbaycanda bu ilin sonunadək kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər
Azərbaycanda bu ilin sonunadək virtual aktivlər və kripto bazarları ilə bağlı qanun qəbul oluna bilər.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, AMB virtual aktivlər və kripto bazarları ilə bağlı qanun layihəsinin son variantını hazırlayaraq aidiyyəti dövlət qurumlarına təqdim edib: "Bu, bizim üçün kifayət qədər mühüm nailiyyətdir. Çünki həmin sahə indiyədək tənzimlənməyib və həm dünya, həm də Azərbaycan üçün nisbətən yeni bir istiqamətdir.
Ümid edirik ki, hər şey plan üzrə gedərsə, ilin sonunadək ölkəmizdə kriptovalyutalar və virtual aktivlərlə bağlı qanun layihəsi təsdiqlənəcək. Bu istiqamətdə də komanda olduqca fəal və intensiv şəkildə iş aparır".
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













