Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar
Günə enerjili başlamaq və yaddaşı gücləndirmək üçün beyni düzgün şəkildə "oyatmaq" vacibdir.
Far.Az xəbər verir ki, Ufa Müharibə Veteranları Hospitalının həkimləri bunun üçün sadə, lakin faydalı üsullar tövsiyə ediblər.
Mütəxəssislərin sözlərinə görə, oyandıqdan sonra ilk olaraq həyatda baş vermiş üç xoş xatirəni yada salmaq günə müsbət əhval-ruhiyyə ilə başlamağa kömək edir.
Bundan sonra əvvəlki günün bəzi detallarını xatırlamaq məsləhət görülür. Məsələn, hansı rəngdə fincandan çay və ya qəhvə içdiyinizi və ya son söhbətinizin nədən bəhs etdiyini yada salmaq yaddaşı aktivləşdirə bilər.
Həkimlər yaddaşı məşq etdirmək üçün daha bir sadə üsul da təklif edirlər. Belə ki, yaxınlarınızdan beş təsadüfi söz deməsini xahiş edin və bir neçə dəqiqə sonra həmin sözləri təkrarlamağa çalışın. Daha sonra yeni bir söz öyrənib ona uyğun assosiasiyalar qurmaq da beynin fəaliyyətini stimullaşdırır.
Mütəxəssislərin fikrincə, beynin tam oyanması üçün sonda 30-a qədər və sonra geriyə doğru zehində saymaq faydalıdır.
Bununla yanaşı, həkimlər qeyd ediblər ki, bəzi insanlarda səhər saatlarında bu cür məşqləri yerinə yetirmək üçün kifayət qədər enerji olmaya bilər. Bunun səbəbi yuxu çatışmazlığı, susuzlaşma və ya hər hansı xəstəlik ola bilər. Əgər səhərlər başgicəllənmə və gecə tərləməsi kimi əlamətlər müşahidə olunursa, mütləq həkimə müraciət etmək tövsiyə edilir.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













