"Dərman da təsir etmir": Balakən sakinləri tırtıl bəlasından əziyyət çəkirlər
Balakən rayonunda ağaclar ciddi təhlükə ilə üz-üzə qalıb. Sürətlə yayılan ağ Amerika kəpənəyinin tırtılları yaşıllıq sahələrinə kütləvi ziyan vurur.
Sakinlərin sözlərinə görə, meşələrdə də vəziyyət eynidir. Zərərvericilər əvvəlcə ağacların üzərində tor əmələ gətirir, daha sonra qısa müddətdə yarpaqları və meyvələri yeyərək bitkilərin qurumasına səbəb olur.
Bu barədə Baku TV-nin videomaterialında bəhs olunur.
Sakinlərdən biri bildirib ki, zərərvericilərlə mübarizə aparılsa da, nəticə əldə olunmur:
"Bəladır, gəlib başımıza. Öhdəsindən gəlmək olmur. Dərmanlayırlar, təmizləyirlər, amma nə qədər dərman vursalar da, yenidən ortaya çıxır. Keçən il də var idi, təmizləndi, yoxa çıxdı. Amma builki tamam başqadır. Dərman da təsir etmir. Hər şeyi yeyir. Yarpaqları məhv edir, sonra fındıq ağaclarına keçir. Bu, cökə ağacıdır. Bir həftəyə bundan əsər-əlamət qalmayacaq".
Başqa bir sakin isə vəziyyətin getdikcə ağırlaşdığını deyib: "Bütün yaşıllığın içini basıb. Belə davam etsə, bir neçə ilə burada sağlam ağac tapmaq mümkün olmayacaq".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













