Peşə təhsili ixtisasları üzrə xərclər müəyyənləşib
Peşə təhsili ixtisasları üzrə xərcləri miqdarı müəyyənləşib.
"Far.Az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun müvafiq Qərarı ilə "Ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı"nın və "Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2023-cü il14 iyun tarixli 192 nömrəli Qərarında dəyişiklik edilib.
Qərara əsasən, qaydalara aşağıdakı məzmunda 169-193-cü hissələr əlavə edilib:
169. 3D rəqəmsal oyun dizayneri - 1 860
170. Alternativ enerji qurğu və avadanlıqlarının istismarı - 2 470
171. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları üzrə operator - 1 280
172. Bədii tikmə ustası - 1 930
173. Daş memarlıq abidələrinin bərpaçısı - 1 650
174. Dronların texniki xidməti və təmiri üzrə texnik - 2 390
175. Elektrik sayğacları texniki - 2 580
176. Elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik - 2 710
177. Günəş panelləri quraşdırıcısı və təmirçisi - 2 580
178. İstehsalata rəqəmsal nəzarət sistemləri - 2 180
179. Kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis - 1 340
180. Mexatronika - 2 710
181. Musiqi alətlərinin ustası - 2 336
182. Qida və içki üzrə nəzarətçi - 2 210
183. Rəqəmsal inşaat üzrə mütəxəssis - 1 880
184. Rəqəmsal məzmun idarəçiliyi - 1 860
185. Satış və marketinq - 1 360
186. Suvarma maşınları və nasos qurğuları maşinisti - 2 388
187. Tədbirlərin planlaşdırılması və təşkili - 1 590
188. Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər - 2 570
189. Kompüter sistem inzibatçısı - 1 440
190. Geodeziya və kartoqrafiya - 1 650
191. Satınalmaların təşkili - 1 340
192. Qida emalı texnologiyaları - 2 210
193. Bitki mühafizəsi və fumiqasiya işləri üzrə texnik - 2 200.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" Rahil Məmmədovu transfer edib
-
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
-
"Kalyari" Daniel Maldinini icarəyə götürüb
-
Əli Nikzad: Hücum zamanı ABŞ-yə kömək edənlər raket hədəfinə çevriləcək
-
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
-
Zelenski: Rusiya Odessanın enerji infrastrukturuna sərt zərbə endirib













