Avropa çempionatı: Çimərlik futbolu üzrə Azərbaycan yığmasının oyunlarının təqvimi müəyyənləşib
Far.Az xəbər saytı

Avropa çempionatı: Çimərlik futbolu üzrə Azərbaycan yığmasının oyunlarının təqvimi müəyyənləşib


Çimərlik futbolu üzrə Azərbaycan yığmasının Gürcüstanda keçiriləcək Avropa çempionatının B Liqasında keçirəcəyi oyunların təqvimi açıqlanıb.

"Far.Az" Azərbaycan Çimərlik Futbolu Federasiyasına istinadən xəbər verir ki, milli turnirdəki ilk qarşılşamasını iyulun 15-də İngiltərəyə qarşı keçirəcək.

Sahib Məmmədovun baş məşqçi olduğu komanda iyulun 16-da Slovakiya, bir gün sonra isə Latviya ilə üz-üzə gələcək.

İngiltərə ilə görüş Bakı vaxtı ilə 18:30-da, digər iki qarşılaşma isə 19:30-da start götürəcək.

Qeyd edək ki, Avropa çempionatı iyulun 15-19-da Gürcüstanın Batumi şəhərində təşkil olunacaq. Qrup qalibləri həm B Liqasının ən güclüsünü müəyyənləşdirmək üçün qarşılaşacaqlar, həm də A Liqasına vəsiqə qazanacaqlar.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ucuz avtomobillər satışa çıxarlır - QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər