Aslan Aslanov: "Heydər Əliyevin ideyaları yaşayır və davam etdirilir"
"Heydər Əliyev Tanrının Azərbaycan xalqına bəxş etdiyi bir pay idi. Mən bu kitabı yazmaqla onun qarşısında öz tarixi və mənəvi borcumu yerinə yetirməyə çalışmışam".
Bunu "Heydər Əliyevin diplomatiya dərsləri - 1-ci kitab" adlı nəşrin təqdimat mərasimində jurnalistlərə açıqlama verən müəllif Aslan Aslanov deyib.
"Tale elə gətirdi ki, mən dahi Heydər Əliyevin 1993-cü il iyunun 11-də Elmlər Akademiyasının Rəyasət Heyətində keçirdiyi ilk görüşdən başlayaraq 2003-cü ilə qədər keçirilən görüşlərinin böyük əksəriyyətində iştirak etmişəm. Dünyanın harasına getmişiksə, Heydər Əliyevi sözün həqiqi mənasında ən yüksək səviyyədə qarşılayıblar. O, diplomatik məharəti və dövlət xadimi kimi dünyanın ən nüfuzlu liderləri tərəfindən böyük hörmətlə qəbul edilirdi.
Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisi olduğu kimi, azad və müstəqil Azərbaycan mətbuatının da əsasını qoyan şəxs idi. Həmin dövrdə Azərbaycanda dövlət başçısının fəaliyyətinin peşəkar şəkildə işıqlandırılması təcrübəsi yox idi. İkitərəfli görüşlərin, geniş tərkibli tədbirlərin, xarici səfərlərin necə işıqlandırılması, hansı məqamlara xüsusi diqqət yetirilməsi lazım olduğunu Heydər Əliyev bir-bir mənə öyrədib.
Mən bu gün də fəxr edirəm ki, Heydər Əliyevin ideyaları yaşayır və davam etdirilir", - deyə A.Aslanov bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
-
Azərbaycanın Bolqarıstandakı səfirliyində Anım Günü ilə bağlı tədbir keçirilib
-
Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb
-
Azərbaycan və GIP arasında əməkdaşlığın inkişafı müzakirə olunub













