Jamal Gasımovun "Danış" çağırışına tanınmış simalar da qoşuldu
Gənc və zövqlü ifası ilə seçilən Jamal Gasımov Milli Sevgililər Günündə yeni işi ilə dinləyicilərini təkcə musiqiyə deyil, ekran qarşısına da dəvət edir.
"Danış" adlı yeni layihə sadəcə klip deyil, bir məhəllənin, bir sevginin və bir-birindən rəngarəng obrazların hekayəsidir
Və yaxud da
Mahnı ilə yanaşı təqdim olunan klip güclü aktyor heyəti və kino üslubunda qurulan süjeti ilə diqqət çəkir.
Klipdə Azərbaycanın tanınmış simaları bir araya gəlib.
Ekran işində Əməkdar artistlər Elza Seyidcahan və Bəhram Bağırzadə, eləcə də Nicat Rəhimov, Dilarə Kazımova, İlqarə Kazımova, Mehin Hümbətova, Emin və Emil Nəsirov qardaşları, Amir Paşayev, Rahib Mirzoev və Melay Şafi fərqli obrazlarda çıxış edərək hekayəyə öz rənglərini qatıblar.
"Yeni Avaz" layihəsindən tanıdığımız Jamal Gasımov və Könül klipin baş qəhrəmanlarıdır. Onların ekran tandemi mahnının emosional xəttini tamamlayaraq tamaşaçıya səmimi və yaddaqalan bir sevgi hekayəsi təqdim edir.
Mahnının sözləri Hilal Rzayevə, musiqisi isə Jamal Gasımov və Mila Milesə məxsusdur. Layihənin rəhbəri Fərid Dadaşov, icraçı prodüserləri Fərid İsmayılov və Aysel Mehrəliyeva, rejissoru isə Delee Orucludur.
Milli Sevgililər Gününə özəl təqdim olunan "Danış" artıq bütün musiqi platformalarında və video formatında dinləyici və izləyicilərin ixtiyarına verilib.
Bəzən bir "Danış" demək kifayətdir… Gerisini ürəklər danışır….
Oxşar xəbərlər
Musiqili teatrda tarixi an: Dilarə Kazımova "Chicago" ilə yadda qaldı
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
İçərişəhər rəqəmsallaşır: Yelo Bank yeni təşəbbüsə qoşuldu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
Lənkəranda 3 yaşlı uşağa zorakılıq etməkdə təqsirləndirilən atalıq istintaqa təhvil verilib - YENİLƏNİB-2
-
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi mükafatlandırılıb
-
İşimizi şansa buraxmayaq!
-
Qaradağ rayonunda vulkan püskürüb













