Vüqar Gülməmmədov: "Azərbaycanda tikinti müqavilələrinin 40 %-dən çoxunun icrasında dəyişikliklər edilir"
Azərbaycanda dövlət satınalmaları çərçivəsində bağlanan tikinti müqavilələrinin 40 %-dən çoxunda icra müddətində dəyişikliklər edilir və bu dəyişikliklər tender şərtlərinə uyğun olmur.
"Far.Az" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısında bildirib.
Onun sözlərinə görə, aparılan təhlillər dövlət satınalmaları sahəsində bir sıra problemlərin qaldığını göstərir: "Dövlət satınalmalarına dair tikinti müqavilələrinin 40 :-dən çoxunda icra müddətində edilmiş dəyişikliklər aparılır və bu dəyişikliklər tender şərtlərinə uyğun və satınalanların xeyrinə deyildir. Elektron qaydada keçirilən açıq tenderlərdə formalaşan qiymətlərin bəzi hallarda eyni predmet üzrə bir mənbədən bağlanan müqavilələrin qiymətindən yüksək olması da narahatlıq doğuran məqamlardandır".
V. Gülməmmədov bildirib ki, 2025-ci ildə satınalmaların sayı 52 %, məbləği isə 43 % artıb: "Azərbaycanda dövlət satınalmalarının həm sayı, həm də ümumi məbləği üzrə əhəmiyyətli artımın qeydə alındığını göstərir. 2023-cü illə müqayisədə 2025-ci ildə dövlət satınalmalarının sayı təxminən 52 %, ümumi məbləği isə 43 % artıb. Bu artım dövlət satınalmalarının həcminin genişləndiyini və büdcə xərclərinin icrasında satınalma mexanizmlərinin rolunun gücləndiyini göstərir".
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycanda auditin yeni missiyası: Etimad yaradan strateji tərəfdaşlıq modeli - ARAŞDIRMA
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
"Everton" və "Kristal Pelas" klubları futbolçu mübadiləsi həyata keçiriblər
-
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub
-
Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu













