Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
Far.Az xəbər saytı

Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür


Bir vaxtlar mərc oyunlarını sosial şəbəkələrdə təbliğ edən və bu sahədən böyük sərvət qazanan Malayziya vətəndaşı Aaron Lim bütün var-dövlətini itirib.

BAKU.WS xəbər verir ki, 48 yaşlı Lim hazırda dolanışığını təmin etmək üçün taksi sürücüsü kimi çalışır.

Məlumata əsasən, Aaron Lim əvvəllər sosial şəbəkələrdə qumar oyunlarını fəal şəkildə təbliğ edir, izləyicilərinə mərc etməklə bağlı müxtəlif tövsiyələr verirdi. Qazandığı böyük məbləğlər ona dəbdəbəli həyat sürməyə imkan yaradıb. O, şəxsi təyyarələrdən istifadə edir, bahalı restoranlarda vaxt keçirirdi.

Lakin bir müddət sonra onun maliyyə vəziyyəti kəskin şəkildə pisləşib. Limin borclarının ümumi məbləğinin təxminən 1 milyon Malayziya rinqqitinə çatdığı bildirilir.

Keçmiş "qumar kralı" son səkkiz aydır dostunun təqdim etdiyi avtomobillə taksi fəaliyyəti göstərir. Onun sözlərinə görə, gün ərzində qazancı 200 rinqqiti, yəni təxminən 84 AZN-i keçmir.

Lim hazırkı gəlirinin yalnız gündəlik əsas ehtiyaclarını qarşılamağa kifayət etdiyini bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər