Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
Far.Az xəbər saytı

Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək


Qazaxıstanla Almaniya enerji təhlükəsizliyi sahəsində, o cümlədən Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq etməyi planlaşdırır.

"Far.Az" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Berlinə rəsmi səfərinin yekunlarına dair onun və almaniyalı həmkarı Frank-Valter Ştaynmayer tərəfindən qəbul edilən bəyannamədə bildirilib.

"Prezidentlər enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji daşıyıcılarının, o cümlədən neft və qazın Avropaya tədarükü mənbələrinin və marşrutlarının şaxələndirilməsi məqsədilə sıx əməkdaşlığı alqışlayırlar.

Tərəflər enerji təchizatının etibarlılığının artırılması, enerji dəhlizlərinin inkişaf etdirilməsi, sənayenin dekarbonizasiyası, bərpa olunan enerji mənbələrindən və yaşıl hidrogendən istifadənin genişləndirilməsi məqsədilə Qazaxıstan-Almaniya Enerji Dialoqu çərçivəsində və Astanadakı H2-Diplo ofisi vasitəsilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər", - sənəddə vurğulanıb.

Qeyd olunub ki, Astana və Berlin Mərkəzi Asiya ölkələri ilə Almaniyanın C5+1 formatında əməkdaşlığını da alqışlayıb və yaxın perspektivdə yeni sammit gözləyir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər