Keçmiş ər-arvadın 1.7 milyon manatlıq əmlakı hərraca çıxarılacaq
Səbail Rayon Məhkəməsi keçmiş ər-arvad arasında ümumi paylı mülkiyyətdə olan iki mənzilin və dörd qarajın açıq hərracda satılması barədə qərar qəbul edib.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, məhkəməyə müraciət edən iddiaçı Sitarə Azər qızı Rzazadə tərəflərin ümumi mülkiyyətində olan əmlakların naturada bölünməsini, bu mümkün olmadığı halda isə payına uyğun kompensasiya ödənilməsini istəyib.
Cavabdeh tərəf isə Rəşad Tofiq oğlu Hacıyevdir.
Sitarə Rzazadə məhkəmədən kompensasiya da mümkün olmadıqda əmlakların hərracda satılaraq əldə olunan vəsaitin tərəflər arasında paylarına uyğun bölüşdürülməsini tələb edib.
İş materiallarından məlum olub ki, əvvəlki məhkəmə qərarları ilə mübahisəli əmlakların üzərində tərəflərin hər birinin 1/2 payı müəyyən edilib.
Ekspertiza nəticəsində hər iki mənzilin tərəflərin paylarına uyğun olaraq iki ayrı, təcrid olunmuş mənzil şəklində bölünməsinin texniki baxımdan mümkün olmadığı müəyyənləşdirilib. Qarajların da fiziki olaraq bölünməsinin mümkün olmadığı tərəflər tərəfindən təsdiqlənib.
Məhkəmə tərəflərin kompensasiya məsələsində razılığa gəlmədiyini nəzərə alıb. Cavabdehin nümayəndəsi kompensasiya ödəməyə maddi imkanlarının olmadığını bildirib və əmlakların açıq hərraca çıxarılmasını istəyib.
Mütəxəssis rəyinə əsasən, hərraca çıxarılacaq əmlakların ümumi ilkin satış qiyməti 1 milyon 694 min manat müəyyən edilib.
Qətnaməyə əsasən, əmlaklar açıq hərraca çıxarılaraq satılmalı, satışdan əldə olunan vəsait tərəflərin hər birinin 1/2 payına uyğun olaraq bölüşdürülməlidir.
Qeyd edək ki, tərəflərin "Toyota Camry" və "Mercedes-Benz GL500" avtomobilləri ilə bağlı barışıq sazişi imzalaması səbəbindən həmin nəqliyyat vasitələri üzrə işə xitam verilib.
Məhkəmə, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına qərar verib
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
Leyla Əliyeva Romada "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib













