Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
Ölkənin ilk rəqəmsal bankı eşitmə və nitq məhdudiyyətli müştərilər üçün təqdim etdiyi inklüziv xidmət imkanlarını genişləndirir.
Belə ki, ötən il Birbank mobil tətbiqində "İşarət dili ilə videozəng xidməti"nin yaradılmasının ardından artıq bankın seçilmiş filiallarında da İşarət dilində xidmət almaq mümkündür.
Hazırda bu xidmət Birbank-ın Bakı şəhərində yerləşən Abşeron, Qara Qarayev, Sahil, Binəqədi, Gənclik Mall və Gəncə şəhər filiallarında əlçatandır. Ümumilikdə bankın 20-yə yaxın əməkdaşı İşarət dili üzrə xüsusi təlimlər keçərək müştərilərlə birbaşa və rahat ünsiyyət qurmaq üçün zəruri bilik və bacarıqlara yiyələnib.
Qeyd edək ki, Birbank ötən il "Əngəlsiz bankçılıq" layihəsi çərçivəsində Azərbaycanın bank sektorunda ilk dəfə olaraq eşitmə və nitq məhdudiyyətli şəxslər üçün Birbank mobil tətbiqində "İşarət dili ilə videozəng xidməti"ni istifadəyə verib. Layihənin genişləndirilməsi ilə eşitmə və nitq məhdudiyyətli müştərilər artıq həm rəqəmsal kanallar, həm də fiziki xidmət nöqtələri vasitəsilə bank xidmətlərindən rahat şəkildə yararlana bilərlər. Hazırda bankın 3000-ə yaxın eşitmə və nitq məhdudiyyətli müştərisi mövcuddur. Birbank bu təşəbbüslə maliyyə xidmətlərini hər kəs üçün daha əlçatan etməyə, bərabər xidmət imkanları yaratmağa və inklüziv bankçılıq təcrübəsinin inkişafına töhfə verməyə davam edir. Gələcəkdə işarət dili ilə xidmət göstərilən filialların sayının daha da artırılması nəzərdə tutulur.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Eşitməyən qalmasın!" - Avaz Eşitmə və Nitq Mərkəzi bu məqsədlə xidmətinizdədir
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: "İşarət dili ilə videozəng xidməti" təqdim edildi
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
-
"CBS News": ABŞ və İsrail İranın enerji obyektlərinə zərbələr endirməyə hazırlaşır
-
"Tasnim": İran ABŞ-nin mümkün hücumlarına qarşı plan hazırlayıb
-
Prezident İlham Əliyevin beynəlxalq arenada ana dilində çıxışı dövlətçiliyimizin göstəricisidir - RƏY
-
Avqustun ən təhlükəli günləri - Hansı bürclər ehtiyatlı olmalıdır?
-
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib













