"Haber Global" İlham Əliyevlə Ursula Fon der Lyayenin görüşü barədə süjet hazırlayıb
Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Bakıya səfər edib və Prezident İlham Əliyevlə Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərini müzakirə ediblər.
"Report" xəbər verir ki, Ursula Fon der Lyayenin Bakıya səfəri ilə bağlı Türkiyənin "Haber Global" telekanalının hazırladığı süjetin təqdimatı bu sözlərlə başlayıb.
Ursula Fon der Lyayenin Azərbaycan Prezidenti İlham Əliyevin liderlik keyfiyyətlərini örnək gətirdiyi görüşdə Avropa Komissiyasının rəhbərinin Cənubi Qafqazın parlaq gələcəyinə inandığını dilə gətirməsi də qabardılıb.
Süjetdə Prezident İlham Əliyevin Bakı ilə İrəvan arasında davam edən sülh prosesi barədə sözləri xüsusi vurğulanıb:
"Regional təhlükəsizlik məsələlərini, xüsusən də uğurla gedən Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesini geniş şəkildə müzakirə etdik. Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı ilə Ermənistan və Azərbaycan Birgə Bəyannaməni imzalayıb. Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq. Azərbaycan öz ərazisi ilə Ermənistana daşınan yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırıb".
Prezident İlham Əliyevin Azərbaycan-Aİ münasibətləri barədə dedikləri xatırladılan süjetdə Ursula Fon der Lyayenin də bəyanatının bəzi hissələri diqqətə çatdırılıb.
Daha ətraflı videoda:
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA













