SOCAR Özbəkistan istehsallı naftanı Qara dənizlə beynəlxalq bazarlara çatdırır
Uzun illərdir Qazaxıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə fəal işləyirik və həmin ölkələrdən hər il təxminən 4 milyon ton nefti beynəlxalq bazarlara çıxarırıq.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə "SOCAR Trading"in Qlobal Biznesin İnkişafı üzrə rəhbəri Tofiq Köçərli Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Biznes Forumunda bildirib:
"Məmnunluqla bildirmək istəyirəm ki, bu ildən Özbəkistan da bu siyahıya qoşulub. "SOCAR Trading" Özbəkistanda istehsal olunan əsas neft məhsullarından biri olan naftanın tədarükünə başlayıb və onu da Qara dəniz vasitəsilə beynəlxalq bazarlara çatdırır".
O vurğulayıb ki, SOCAR tranzit imkanlarının genişləndirilməsi məqsədilə infrastrukturun ötürücülük qabiliyyətinin artırılmasına ciddi investisiyalar yatırır. Məqsəd Xəzər dənizinin o tayındakı tərəfdaş ölkələrin artan tələbatını daha səmərəli qarşılamaq, əlavə tranzit gücləri yaratmaq və regionun logistika imkanlarını daha da genişləndirməkdir.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













