"Neftçi"nin sabiq futbolçusu Keysuke Honda Yaponiya millisinin baş məşqçisi olmaq istəyir
"Neftçi"nin sabiq futbolçusu Keysuke Honda sosial şəbəkə hesabında Yaponiya millisinin baş məşqçisi olmaq istədiyini açıqlayıb.
"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, veteran futbolçu 1 il müddətinə ölkəsinin millisində baş məşqçi olmağı təklif edib.
O, komandanın hazırkı çalışdırıcısı Hajime Moriyasuya yeni, 1 illik müqavilə təklif edilməsindən sonra özünü bu postda sınamaq istədiyini söyləyib:
"Fərqli fikirlərin olacağını düşünürəm, lakin yenə də danışacağam. Hajime Moriyasuya 1 illik müqavilə təklif edildiyi barədə xəbər gördüm. Bu, növbəti məşqçi postuna uyğun namizəd tapılmadığı üçün müvəqqəti variantdırsa, məni 1 illik sınayın. Asiya Kubokunda uduzsaq, məni heç bir söhbətsiz qovun. Bu çağırışı qəbul etməyə hazıram".
Qeyd edək ki, Yaponiya seçməsi DÇ-2026-nın 1/16 finalında Braziliyaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Keysuke Honda 2021-ci ildə "Neftçi"də forma geyinib.
Oxşar xəbərlər
"McDonald"s Azərbaycan" və DSMF şəhid və veteran övladları üçün Novruz bayramı tədbiri təşkil edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
Gələn il pensiya və müavinətlər artırılacaq? - RƏSMİ CAVAB
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam













