Tünzalə Ağayeva: "İnsanı insan edən əsas dəyər elə sevgidir"
Xalq artisti Tünzalə Ağayeva İTV-də yayımlanan "Sabahın xeyir, Azərbaycan" verilişinin qonağı olub.
BAKU.WS xəbər verir ki, sənətçi layihənin ən sevilən "Məşhura sual" rubrikasında iştirak edib.
Sosial şəbəkə istifadəçilərdən gələn maraqlı sualları cavablandıran sənətçi bir sıra maraqlı açıqlamalar edib.
Tünzalə xanıma görə indiki dövrdə belə həqiqi sevgi varmı sualını belə cavablandırıb:
"Sevgi həmişə var. Yer üzü ona görə balanslıdır ki, orda ali dəyərlər yaşayır. İnsanı insan edən əsas dəyər elə sevgidir. Mən sevgisiz Tünzalə olmazdım. Mikayıl Müşfiq balaca ömründə bizə böyük sevgidən danışıb və biz də ondan öyrənirik".
Ağayeva həmçinin "Bu qədər uğur əldə etdikdən sonra hazırda ən böyük arzunuz nədir?" sualına da özünəməxsus şəkildə cavab verib:
"Mən maksimalist insanam. Hər günüm maksimumdan ibarətdir. Daim yeni zirvələri fəth etmək lazımdır. Ona görə də arzular dayanmır, istəklər hər zaman var. Sənətimin zirvəsindəyəm, amma yenə də öyrənməyə davam edirəm. Gənclərə, istedadlı uşaqlara baxıram. Ən böyük arzularımdan biri məhz musiqili tamaşa yaratmaqdır".
Oxşar xəbərlər
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Beynəlxalq Gənclər Günüdür
-
Şəkidə sel fəsadlara səbəb olub
-
Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
-
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib













