Bakıda nəvəsi az bal toplayan qayınata gəlininə xəsarət yetirdi
Far.Az xəbər saytı

Bakıda nəvəsi az bal toplayan qayınata gəlininə xəsarət yetirdi


Bakıda qayınata gəlininə xəsarət yetirib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib.

1961-ci il təvəllüdlü Həsənağa Quliyevin (adı və soyadı şərtidir) nəvəsi buraxılış imtahanı verib. Bir neçə gündən sonra onun buraxılış imtahanının cavabları açıqlanıb və məlum olub ki, yeniyetmə imtahandan cəmi 130 bal toplayıb. Ailə üzvləri bu barədə H.Quliyevə məlumat veriblər. Hadisədən əsəbiləşən H.Quliyev evə gələrək uşağın anası ilə mübahisə edib və uşağın az bal toplamasında gəlinini günahlandırıb. Nəticədə qayınata ilə gəlin arasında mübahisə olub. Mübahisə nəticəsində kişi gəlinini döyüb, stolun üstündəki stəkanı ona atıb. Stəkan gəlinin sifət nahiyəsinə dəyərək qırılıb və o, üzündən xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları gəliblər və H.Quliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılaraq Xəzər Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq elan olunub və cinayət işinə xitam verilib.

Oxşar xəbərlər

II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Yanında hamam xalatı daşıyan, gündə 50-80 stəkan çay içən TÜRKİYƏLİ MƏŞHURLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər