UEFA turnirlərində mübahisə zamanı ağzını örtən futbolçular meydandan qovulmayacaq
Far.Az xəbər saytı

UEFA turnirlərində mübahisə zamanı ağzını örtən futbolçular meydandan qovulmayacaq


UEFA mübahisəli epizodlar zamanı ağzını əli, çiyni və ya forması ilə örtən futbolçuların birbaşa qırmızı vərəqə ilə cəzalandırılmasını nəzərdə tutan qaydanı öz turnirlərində tətbiq etməyəcək.

"Far.Az" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Sözügedən qayda hazırda dünya çempionatında qüvvədədir. Mundial başlamazdan əvvəl FIFA oyun qaydalarına dəyişiklik edərək danışığını televiziya kameralarından gizlətmək məqsədilə ağzını əli, çiyni və ya forması ilə örtən futbolçunun birbaşa qırmızı vərəqə ilə cəzalandırıla biləcəyini müəyyənləşdirib. Bu hərəkət söhbətin məzmununu kameralardan gizlətmək cəhdi kimi qiymətləndirilir.

Qeyd edək ki, Paraqvay millisinin futbolçusu Miqel Almiron bu qaydanın tətbiqi nəticəsində meydandan kənarlaşdırılan ilk oyunçu olub. O, DÇ-2026-nın qrup mərhələsinin II turunda Türkiyə yığmasına qarşı keçirilən və Paraqvayın 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə baş vermiş mübahisəli epizod zamanı ağzını örtdüyünə görə birbaşa qırmızı vərəqə alıb.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Futbolda ilk dəfə oyunçu mübahisə zamanı ağzını qapadığı üçün meydandan qovulub
"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər