Zlatko Daliç: "Portuqaliya ilə görüşdə məğlubiyyətə layiq deyildik"
Futbol üzrə Xorvatiya seçməsi Portuqaliya ilə görüşdə məğlubiyyətə layiq deyildi.
"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, bunu xorvatların baş məşqçisi Zlatko Daliç Portuqaliyaya qarşı DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis məğlubiyyətin xoş olmadığını bildirib:
"Məğlub olduğumuz üçün çox üzgünəm. İkinci hissədə daha üstün tərəf biz idik və çoxlu qol imkanları yaratdıq. Oyun çox emosional keçdi. Futbolçularıma heç bir iradım yoxdur. Onlar sonadək mübarizə apardılar, əllərindən gələni etdilər, amma alınmadı. Hesabı artıraraq qələbəni təmin edə biləcəyimiz əlverişli epizodlar yaratdıq. Təəssüf ki, bundan yararlana bilmədik.
Portuqaliya millisini təbrik edirəm. Belə şəkildə mübarizəni dayandırmaq çox ağırdır. Düşünürəm ki, buna layiq deyildik, çünki oyun baxımından Portuqaliya ilə başabaş mübarizə apardıq".
Qeyd edək ki, Portuqaliya Xorvatiya seçməsinə 2:1 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Zlatko Daliç: "Xorvatiya millisi keçmişdəki tarixlə yaşaya bilməz"
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Zlatko Daliç: "Qana millisinin qolu ofsayd səbəbindən qeydə alınmalı deyildi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
Nilüferin övladlığa götürdüyü 26 yaşlı qızı evləndi













