Bir vaxtlar vandalizmin, bu gün isə böyük quruculuğun rəmzinə çevrilən Ağdam
Baku TV-nin "Gör nələri qaytarmışıq" verilişinin yeni buraxılışı bir vaxtlar vandalizmin, bu gün isə böyük quruculuğun rəmzinə çevrilən Ağdama həsr olunub.
Tarixi minilliklərə dayanan, Leylatəpə və Üzərliktəpə abidələri ilə qədimliyini sübut edən bu torpaq XVIII əsrdə Şahbulaq qalası və İmarət Kompleksinin inşası ilə Qarabağ xanlığının mühüm mərkəzinə çevrilmişdir. 1988-ci ildə başlayan münaqişənin ön xəttində dayanan rayon ilk şəhidləri Əli Hacıyev və Bəxtiyar Quliyev başda olmaqla Vətən uğrunda minlərlə oğlunu itirərək "Qəhrəman rayon" adını qazanıb.
Lakin 23 iyul 1993-cü ildə şiddətli döyüşlərdən sonra Ağdam erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal dövründə şəhər tamamilə dağıdılmış, beynəlxalq jurnalistlər tərəfindən "Ruhlar şəhəri" və "Qafqazın Xirosiması" adlandırılmış, yalnız tarixi Cümə məscidi bu vandalizmin səssiz şahidi kimi ayaqda qala bilmişdir. Ermənistanın 27 illik işğalına 2020-ci ilin payızında reallaşan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərlə son qoyulub.
10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata əsasən, 20 noyabr tarixində Ağdam rayonu Azərbaycana qaytarılmış və şanlı Bayrağımız yenidən orada dalğalanmışdır. Ağdam azad olunandan dərhal sonra şəhərin Baş Planı hazırlanmış və yerlə-yeksan edilmiş xarabalıqların yerində tamamilə müasir bir şəhərin təməli qoyulmuşdur. "Böyük Qayıdış" proqramı çərçivəsində genişmiqyaslı infrastruktur və sosial layihələr sürətlə həyata keçirilir. Görülən işlərin uğurlu nəticəsi olaraq illərdir yurd həsrəti çəkən rayon sakinləri artıq doğma torpaqlarına geri dönürlər.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?
-
Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk
-
Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"
-
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb













