Masallıda avtomobillər toqquşub, iki nəfər ölüb
Masallıda yol nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb.
"Report" xəbər verir ki, Babayev Rusif İsmayıl oğlu idarə etdiyi "Mercedes Benz" markalı avtomobilləeyni istiqamətdə hərəkətdə olan Feyzullayev Nikbin Elçin oğlunun idarə etdiyi "Mercedes Benz" markalı avtomobil ilə toqquşub.
Nəticədə R.Babayev idarə etməni itirərək yolun sağ kənarında boş torpaq sahəsinə çıxaraq beton dirəyə və ağaca çırpılıb. Qəza nəticəsində özü və avtomobildə sərnişin qismində əyləşmiş Məmmədzadə Araz Telman oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Həsənov Pərvin Əliniyaz oğlu başın təpə nahiyəsinin böyük həcmli kəsilmiş yarası xəsarətlərini alaraq Masallı RMX-na daxil olub.
Faktla bağlı cinayət işi başlanaraq istintaqı davam etdirilir.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Masallıda ağır QƏZA: Ölənlər və yaralananlar var
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Kəsilmiş ağacın əvəzinə yeni ağac əkilib və üzərinə identifikasiya etiketi vurulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"













