Tunis yığmasının 8 futbolçusunun orqanizmində istifadəsi qadağan olunmuş maddə tapılıb
DÇ-2026-da uğursuzluqla üzləşən Tunis yığmasının 8 futbolçusunun orqanizmində istifadəsi qadağan olunmuş maddə aşkarlanıb.
"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, idmançıların analizində ağciyərlərdə tənəffüs yollarını genişləndirən və Ümumdünya Antidopinq Agentliyinin (WADA) qadağan olunmuş siyahısında yer alan klenbuterol maddəsi tapılıb.
Rəsmilər maddənin orqanizmə performans artırmaq məqsədilə deyil, komandanın Meksikadakı bazasında yediyi ətdən keçdiyini müəyyən ediblər. Klenbuterol maddəsi bodibilderlər tərəfindən piyləri əritmək və əzələ kütləsini qorumaq üçün istifadə olunur. Meksika da daxil olmaqla, bəzi ölkələrdə bu maddədən kənd təsərrüfatı heyvanlarının, xüsusən də iribuynuzlu mal-qaranın çəkisini artırmaq üçün böyümə stimullaşdırıcısı kimi istifadə edilir.
WADA 2022-ci ildə dərc etdiyi texniki məktubda orqanizmdə sözügedən maddənin 5 nanoqram/millilitrdən az tapılmasını ciddi qayda pozuntusu deyil, qeyri-tipik nəticə kimi təsnifləndirib. Belə hallarda maddənin orqanizmə yoluxmuş ətdən keçib-keçməməsini müəyyənləşdirmək üçün araşdırma aparılır və fakt təsdiqlənərsə, heç bir cəza tədbiri görülmür.
FIFA məsələ ilə bağlı şərh verməkdən imtina edib. Tunis Futbol Federasiyası isə sorğuları cavabsız buraxıb.
Qeyd edək ki, F qrupunda Niderland, İsveç və Yaponiya ilə mübarizə aparan Tunis yığması mundialı xalsız başa vurub. Baş məşqçi Sabri Lyamuşi qrup mərhələsinin ilk turunda İsveçə məğlubiyyətdən (1:5) sonra vəzifəsindən uzaqlaşdırılıb.
Oxşar xəbərlər
Rəsmilər Şəhidlər xiyabanında
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
32 saylı bağçada uşaqlara iylənmiş ətdən yemək bişirilir? - RƏSMİ CAVAB
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
İşçilərin maaşları artıq bu qaydada ödəniləcək
-
Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
-
Zəngilanda İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək - 5,7 milyonluq LAYİHƏ
-
Restoran və kafe işlədənlər üçün yeni güzəşt olacaq













