Azərbaycan və Dünya Bankı yol sektorunda institusional islahatları müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan və Dünya Bankı yol sektorunda institusional islahatları müzakirə edib


Azərbaycan və Dünya Bankı arasında yol sektorunda institusional islahatlar müzakirə edilib.

"Report" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu barədə müzakirlər agentliyin İdarə Heyətinin sədri Vüsal Nəsirlinin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşündə aparılıb.

Görüşdə Dünya Bankının ölkənin yol təsərrüfatının idarə olunması sahəsində apardığı institusional qiymətləndirmənin nəticələri müzakirə olunub. Beynəlxalq təcrübə əsasında yol infrastrukturunun idarə edilməsi, saxlanılması və maliyyələşdirilməsi istiqamətində mövcud yanaşmalar nəzərdən keçirilib, preventiv aktiv idarəetmə modelinə keçidin, milli standartların müasirləşdirilməsinin, rəqəmsallaşmanın və məlumat əsaslı qərarqəbuletmə sistemlərinin tətbiqinin əhəmiyyəti vurğulanıb.

Tərəflər institusional potensialın və maliyyə dayanıqlılığının gücləndirilməsi, yol fondunun formalaşdırılması, ödənişli yol şəbəkəsinin genişləndirilməsi və özəl sektorun iştirakının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Dünya Bankı gələcəkdə institusional islahatları və infrastruktur layihələrini əhatə edən çoxmərhələli proqram çərçivəsində dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşün sonunda əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər