Milli Observatoriya 7 il ərzində 300 mindən çox vakansiya təhlil edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının tələblərini öyrənmək üçün 7 il ərzində 300 mindən çox vakansiya təhlil edib.
"Far.Az" xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, Prezident İlham Əliyevin 2019-cu il iyulun 4-də imzaladığı Fərmanla yaradılan Observatoriya əmək, məşğulluq, sosial müdafiə və demoqrafiya sahələrində səmərəli idarəetmə qərarlarının qəbuluna dəstək verən monitorinq, təhlil, tədqiqat və proqnozlaşdırma işlərini həyata keçirir.
Habelə qurum əmək bazarında strateji məşğulluq sahələrinin müəyyənləşdirilməsi üçün ardıcıl sorğular aparır. Ötən dövrdə 40 minədək respondentlə sorğular təşkil olunub, məzunların məşğulluq göstəricilərini ölçmək üçün 5 milyonadək məlumat, əmək bazarının tələblərini öyrənmək üçün 300 mindən çox vakansiya təhlil edilib.
Observatoriyanın şəffaf sorğu prosesləri, etibarlı təhlil nümunələri və təlim sahəsində göstərdiyi xidmətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilərək bu istiqamətdə 3 beynəlxalq mükafata layiq görülüb.
Cənubi Qafqazda sorğu və araşdırmalar sahəsində fəaliyyətinə görə İSO 20252:2019 standartına uyğunluğu təsdiqlənən ilk qurum olaraq Observatoriya son illərdə fərqli istiqamətlər üzrə 6 beynəlxalq İSO sertifikatı ilə təltif edilib.
Bu günlərdə isə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Böyük Britaniyanın The CPD Certification Service – CPD Sertifikatlaşdırma Xidməti tərəfindən 5 təlim proqramı üzrə beynəlxalq səviyyəli təlim qurumu kimi akkreditasiya olunub.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib













