Meksika – İngiltərə matçı üçün misli görünməmiş təhlükəsizlik tədbirləri hazırlanıb
Far.Az xəbər saytı

Meksika – İngiltərə matçı üçün misli görünməmiş təhlükəsizlik tədbirləri hazırlanıb


Meksika və İngiltərə yığmaları arasında keçiriləcək futbol üzrə dünya çempionatının 1/8 final oyunu İngiltərə millisinin iştirak etdiyi qarşılaşmalar arasında indiyədək ən genişmiqyaslı təhlükəsizlik tədbirləri ilə yadda qalacaq.

"Report" xəbər verir ki, bu barədə "The Daily Telegraph" nəşri məlumat yayıb.

Məlumata görə, iyulun 6-na keçən gecə Meksika şəhərində yerləşən "Mexiko" stadionunda baş tutacaq qarşılaşmanın təhlükəsizliyinin təmin olunması məqsədilə stadionun ətrafında 7500 polis əməkdaşı xidmət aparacaq.

Müqayisə üçün qeyd olunur ki, 2020-ci il Avropa çempionatının Londondakı "Uembli" stadionunda keçirilmiş final matçında bundan dörd dəfə az sayda polis qüvvəsi cəlb edilmişdi.

Nəşrin yazdığına görə, oyun günü Meksika şəhərinin küçələrinə milyonlarla insanın çıxacağı gözlənilir. Bunun fonunda ingilis azarkeşlər arasında müəyyən narahatlıq yaransa da, onların təhlükəsizliyinə yönəlmiş konkret hər hansı təhdid barədə məlumat verilməyib.

Bildirilir ki, İngiltərə azarkeşlərinin bir qismi ehtiyat tədbiri olaraq şəhərdə milli komandanın emblemi əks olunan formalarla gəzməkdən çəkinir. Hazırda Meksika paytaxtında təxminən 8 min İngiltərə azarkeşinin olduğu qeyd edilir.

Bundan əvvəl Meksika şəhərinin rəhbərliyi 1/8 final oyunu ilə əlaqədar təşkil olunacaq kütləvi tədbirlər zamanı "Paseo de la Reforma" prospektində insanların sayına məhdudiyyət tətbiq ediləcəyini açıqlayıb. Belə ki, qələbələrin ənənəvi qeyd olunduğu "Müstəqillik Mələyi" abidəsinin ətrafında icazə verilən maksimum hədd – 25 min nəfər toplandıqdan sonra həmin əraziyə giriş bağlanacaq, azarkeş axını isə digər istiqamətlərə yönləndiriləcək.

Qarşılaşma ilə əlaqədar paytaxtda təhlükəsizliyin təmin olunmasına ümumilikdə 40 min əməkdaş, o cümlədən 17 min polis cəlb ediləcək. Onlardan 14 mini birbaşa "Paseo de la Reforma" prospektində xidmət aparacaq.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər