FİFA Baloqana DÇ-2026-nın 1/8 finalında oynamağa icazə verib
Far.Az xəbər saytı

FİFA Baloqana DÇ-2026-nın 1/8 finalında oynamağa icazə verib


FIFA-nın İntizam Komitəsi ABŞ yığmasının hücumçusu Folarin Baloqanın diskvalifikasiyasını dayandırıb və ona dünya çempionatının 1/8 matçında Belçika seçməsi ilə qarşılaşmada oynamağa icazə verib.

"Report"un xəbərinə görə, bu barədə "The Athletic" məlumat yayıb.

Baloqan Bosniya və Herseqovina yığması ilə 1/16 final matçında (2:0) müdafiəçi Tarik Muharemoviçə qarşı kobud qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydandan qovulub. Hazırkı qaydalara əsasən, o, növbəti oyunu buraxmalı idi.

Lakin FİFA İntizam Məcəlləsinin 27-ci maddəsinə uyğun olaraq, bir oyunluq diskvalifikasiya bir illik sınaq müddəti ilə əvəz edilib.

"Əgər futbolçu bu müddət ərzində oxşar xarakterli və ağırlıqlı qayda pozuntusuna yol verərsə, diskvalifikasiya yeni qayda pozuntusuna görə tətbiq edilən əlavə sanksiyalara xələl gətirmədən həyata keçiriləcək", - açıqlamada bildirilir.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
DÇ-2026: ABŞ millisi Bosniya və Herseqovinaya qalib gələrək 1/8 finala yüksəlib - YENİLƏNİB-5
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
DÇ-2026: Bosniya və Herseqovina Qətəri məğlub edərək qrup üçüncüsü olub - YENİLƏNİB-7

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər