Hədəfinə çat, əlavə faiz qazan: "Yelo Bank"dan yeni əmanət məhsulu
Far.Az xəbər saytı

Hədəfinə çat, əlavə faiz qazan: "Yelo Bank"dan yeni əmanət məhsulu


"Yelo Bank" ASC yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir.

Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir, o məbləğə çatdıqda isə əmanətin faiz dərəcəsi növbəti gündən etibarən əlavə 1 % gəlir hesablanır. Beləliklə, hər yığılan manat müştərini həm planına, həm də əlavə gəlirə yaxınlaşdırır.

Əmanət açılarkən müştəri üç yığım növündən birini seçir: fərdi yığım, ailə yığımı və ya uşaq yığımı. "Yelo Hədəf" məqsədinə çatmaq yolunda sanki şəxsi maliyyə köməkçisi kimi çıxış edərək müntəzəm yığım vərdişi formalaşdırmağa kömək edir.

Əmanəti açmaq üçün filiala yaxınlaşmağa ehtiyac qalmır: bütün proses "Yelo App"də, bu məhsul üçün xüsusi hazırlanmış interfeysdə bir neçə addımda tamamlanır. Hazırda bu imkandan yalnız Android istifadəçiləri yararlana bilərlər.

Qeyd edək ki, "Yelo Hədəf" yalnız əmanəti açan şəxsin adına rəsmiləşdirilir, onun öz vəsaitlərinin yığılması üçün nəzərdə tutulub və üçüncü şəxsin adına açıla bilməz.

İndi başlamaq üçün ən yaxşı vaxtdır! "Yelo App"də "Yelo Hədəf" əmanəti aç, yığım növünü seç və hədəfinə doğru ilk addımı at! Ətraflı: https://ylb.az/hedef.

Depozit faizləri ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya "Facebook", "Instagram", "Whatsapp" və yelo.az hesablarımızı ziyarət edin.

"Yelo Bank" – Parlaq bankçılıq!

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər