Braziliya 36 ildən sonra ilk dəfə dünya çempionatında  1/4 finala vəsiqə qazana bilməyib
Far.Az xəbər saytı

Braziliya 36 ildən sonra ilk dəfə dünya çempionatında 1/4 finala vəsiqə qazana bilməyib


DÇ-2026-nın 1/8 final mərhələsində Norveçə 1:2 hesabı ilə məğlub olan Braziliya seçməsi 36 ildən sonra ilk dəfə turnirin 1/4 finalına yüksələ bilməyib.

"Far.Az" xəbər verir ki, sonuncu dəfə "sambaçılar" oxşar nəticəni 1990-cı il dünya çempionatında göstərmişdilər.

Həmin vaxt komanda 1/8 finalda Argentinaya 0:1 hesabı ilə uduzmuş, argentinalılar isə turnirin finalına qədər irəliləmişdilər.

Braziliya millisi mundiallar tarixində ən titullu komandadır. Cənubi Amerika təmsilçisi 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə dünya çempionu olub. Komanda son çempionluqdan sonra final mərhələsinə yüksələ bilməyib.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunan turnir iyulun 19-da başa çatacaq.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycanın çövkən millisi Bakıdakı dünya çempionatında finala vəsiqə qazanıb
Milli komandamız finala vəsiqə qazanıb
Mundiallar tarixinə ekskurs: 1930-cu ildən başlayan möhtəşəm futbol bayramları - ARAŞDIRMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər