Seyfəddin Hüseynli: Etnik və ya dini zəmində ayrı-seçkiliyin istənilən təzahürü yolverilməzdir
Mədəni və etnik müxtəliflik, tolerantlıq hər bir dövlət üçün sərvət olmalıdır, etnik və dini mənsubiyyətə görə ayrı-seçkilik rədd edilməlidir.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə "Mədəni və Etnik Müxtəliflik Mərkəzi" İctimai Birliyinin sədri Seyfəddin Hüseynli (Səfərov) "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı konfransda bildirib.
S.Hüseynli etnik və dini mənsubiyyətinə görə azərbaycanlılar daxil olmaqla bir çox xalqların Rusiyada sistemli şəkildə ayrı-seçkiliyə məruz qaldığını, fundamental hüquqlarının pozulduğunu diqqətə çatdırıb.
O həmçinin qeyd edib ki, etnik ayrı-seçkilik onun ailəsinə də toxunub:
"Biz bu ağrını öz ailəmizin timsalında dərindən yaşayırıq. 2025-ci il iyunun 27-də Yekaterinburq şəhərində yaşayan üç qardaşım və bir neçə yaxın qohumum Rusiya hüquq-mühafizə orqanlarının əsassız hücumuna məruz qalıb. Onların evlərinə Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları qəfil basqın edib. Qadın və uşaqlar daxil olmaqla ailə üzvlərinin gözləri qarşısında onlara dözülməz işgəncələr və əzab-əziyyət verilib. İki qardaşım – Hüseyn Səfərov və Ziyəddin Səfərov işgəncələrlə qətlə yetirilib. Digər qardaşım Bakir Səfərov daxil olmaqla Ayaz, Akif, Kamal Səfərovlar və başqaları hələ də Yekaterinburq şəhərində həbsdə saxlanılır. Onlar barəsində tamaşa xarakterli məhkəmələr qurulub, 10-20 il arası müddətdə azadlıqdan məhrumetməyə dair əsassız hökmlər çıxarılıb".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
Bakı aeroportu altı ayda 3,334 milyon sərnişinə xidmət göstərib
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı













