Makron Fransadakı etirazlara xarici müdaxilə ehtimalını istisna etdi
Far.Az xəbər saytı

Makron Fransadakı etirazlara xarici müdaxilə ehtimalını istisna etdi


Fransa Prezidenti Emmanuel Makron ölkədə keçirilən etiraz aksiyalarına açıq xarici müdaxilənin olmadığını bildirib. Bununla belə, o, aksiyalardan sonra xarici qüvvələr tərəfindən informasiya manipulyasiyasına yol verildiyini iddia edib.

Far.Az xəbər verir ki, Makron bu barədə Fransanın BFM telekanalına açıqlamasında danışıb.

Fransa liderinin sözlərinə görə, etirazlar zamanı xarici müdaxilənin açıq əlamətləri müşahidə olunmayıb. Lakin aksiyalardan sonra süni intellekt vasitəsilə hazırlanmış, reallıqda baş verməyən hadisələri əks etdirən görüntülər yayılıb.

Makron qeyd edib ki, bəzi şəxslər Fransanın miqrant və islamçı qrupların kütləvi hücumuna məruz qaldığını iddia edirlər. Onun fikrincə, bu cür məlumatlar ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır.

Prezident həmçinin etirazlardan sonra xarici ölkələrin bəzi liderləri tərəfindən səsləndirilən fikirləri sərt tənqid edib və onları "qəbuledilməz və axmaq şərhlər" adlandırıb.

"Belə məqamlarda kimin Fransanı sevdiyini, kimin isə sevmədiyini görürük", – deyə Makron vurğulayıb.

Qeyd edək ki, Fransada sentyabrın sonlarından etibarən təhsil sahəsindəki problemlərlə əlaqədar etirazlar başlayıb. Sonradan ölkənin müxtəlif bölgələrinə yayılan aksiyalar polis ilə nümayişçilər arasında toqquşmalarla müşayiət olunub.

Ən genişmiqyaslı etirazlar oktyabrın 17-də baş verib. Həmin gün küçələrə 500 mindən çox insanın çıxdığı bildirilir.

Məlumata görə, növbəti etiraz aksiyalarının oktyabrın 24-də keçirilməsi planlaşdırılır. Fransanın daxili işlər naziri Loran Nünes həmin gün asayiş keşikçilərinin aksiyalar zamanı sərt tədbirlər görəcəyini bəyan edib.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər