COP29-da Heydər Əliyev və Sıfır Atık fondlarının birgə pavilyonu olacaq
COP29-un Yaşıl Zonasında Heydər Əliyev Fondu və Sıfır Atık Fondunun birgə pavilyonu – COP29-da Həmrəylik Mərkəzi (The Solidarity Hub at COP29) təqdim olunacaq.
"Report" xəbər verir ki, bununla da Azərbaycan və Türkiyənin iki fondu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası zamanı davamlılıq və sosial inkişaf naminə səylərini birləşdirəcək.
COP29-da Yaşıl Zona müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor, QHT-lər, media nümayəndələri və Mavi Zonanın rəsmi nümayəndələrini əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gəldiyi məkandır.
Heydər Əliyev Fondu və Sıfır Atık Fondu cəmiyyətin müxtəlif sahələrinə töhfə verərkən davamlı həllər yaratmağı da hədəfləyir. COP29-dakı birgə layihə hər iki fondun ətraf mühit və sosial məsuliyyət sahələrində fəaliyyətlərini önə çəkir.
Heydər Əliyev Fondunun təhsil, səhiyyə, sosial və mədəniyyət layihələri ilə yanaşı ətraf mühitin qorunması üzrə təşəbbüsləri də öz səmərəsi ilə cəmiyyətdə rəğbətlə qarşılanır. COP29-dakı pavilyon çərçivəsində bu sahədəki fəaliyyət təqdim olunacaq. Təhsil, səhiyyə və sosial sahələrdəki layihələrlə bağlı interaktiv zona yaradılacaq.
Sıfır Atık Fondu isə bu platformada resurs səmərəliliyi, tullantıların idarə olunması və təkrar emal sahəsindəki layihələrini, ətraf mühitin qorunması üzrə maarifləndirmə istiqamətindəki proqramlarını və innovativ həllərini təqdim edəcək.
Oxşar xəbərlər
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Osman Xaliyev: “SİF-in prioritet sahələri sırasına “yaşıl layihə”lərin maliyyələşdirilməsini daxil etmişik” – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb













