Apellyasiya məhkəməsinin qərarından sonra Le Pen Fransa prezidentliyinə namizədliyini irəli sürmək hüququnu saxlayıb
Far.Az xəbər saytı

Apellyasiya məhkəməsinin qərarından sonra Le Pen Fransa prezidentliyinə namizədliyini irəli sürmək hüququnu saxlayıb


Fransa Apellyasiya Məhkəməsi ifrat sağçıların lideri Marin Le Pen ilə bağlı qərarı yumşaldıb. Bu ona 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək imkanı verir.

"Report"un Avropa bürosunun məlumatına görə, qərara əsasən, ona 100 min avro məbləğində cərimə və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib ki, bunun da iki ili şərti, bir ilini isə o, elektron qolbaqla ev dustaqlığında keçirməlidir.

Məhkəmə, həmçinin seçkilərdə iştirak etmək qadağasının müddətini dörd ildən az bir müddətə qısaldıb, bununla belə həmin qadağanın 30 aylıq icrası təxirə salınıb. Beləliklə, Le Pen formal olaraq 2027-ci ildəki prezident seçkilərində namizədliyini irəli sürmək imkanını qoruyub saxlayır.

Bununla belə, siyasətçi daha əvvəl bildirmişdi ki, elektron qolbaq taxmaq məcburiyyətində qalarsa, prezident kampaniyasında iştirak etməyəcək. Le Penin gələcək siyasi planlarına aydınlıq gətirə biləcək ictimai bəyanatla çıxış edəcəyi gözlənilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Arayik Arutyunyan və digərlərinə hökm oxundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər