Dünya Bankı Azərbaycana turizmin inkişafı üçün yol xəritəsi təqdim edib
Far.Az xəbər saytı

Dünya Bankı Azərbaycana turizmin inkişafı üçün yol xəritəsi təqdim edib


Dünya Bankı Azərbaycanda turizm sektorunun inkişafını sürətləndirmək və iqtisadiyyatın şaxələndirilməsini dəstəkləmək məqsədilə bir sıra tövsiyələrdən ibarət yol xəritəsi təqdim edib.

"Far.Az" xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə Regional Direktoru Rolanda Prays Bakıda keçirilən "İqtisadi Artımı və Diversifikasiyanı Təmin Etmək üçün Azərbaycanın Turizm Potensialının Açılması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın turizm sektorunun növbəti inkişaf mərhələsi əsasən Bakı və tədbir turizminə söykənən modeldən regionların iqtisadi potensialını üzə çıxaran daha şaxələndirilmiş turizm modelinə keçidi tələb edir: "Bunun üçün turizm destinasiyalarının idarə olunması gücləndirilməli, regionlara nəqliyyat əlçatanlığı yaxşılaşdırılmalı, paytaxtdan kənarda yerləşdirmə və turizm xidmətləri genişləndirilməli, yerli sahibkarlar dəstəklənməli, turizm sahəsində kadr hazırlığına investisiyalar artırılmalı, hava əlaqələri və beynəlxalq bazarlara çıxış imkanları daha da inkişaf etdirilməlidir.

Turizm təkcə ölkəyə daha çox turist cəlb etmək deyil, həm də yerli biznes üçün yeni imkanlar yaratmaq, investisiyaları təşviq etmək, xüsusilə qadınlar və gənclər üçün məşğulluğu artırmaq, iqtisadi artımın faydalarını regionlar arasında daha balanslı bölüşdürmək baxımından mühüm əhəmiyyət daşıyır".

R. Prays bildirib ki, güclü turizm ekosistemi nəqliyyat, qonaqpərvərlik, kənd təsərrüfatı, pərakəndə ticarət, eləcə də kiçik və orta biznesin inkişafına təkan verə bilər: "Azərbaycan hökuməti turizmi artıq strateji prioritet kimi müəyyənləşdirib. Növbəti əsas vəzifə isə bu planların konkret investisiya layihələrinə çevrilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, həmçinin regionların beynəlxalq turizm bazarında rəqabət qabiliyyətinin artırılmasıdır".

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər