Alvaro Arbeloa "Fulhem" klubunun baş məşqçisi təyin olunub
İngiltərənin "Fulhem" klubu Alvaro Arbeloanın baş məşqçi postuna təyin olunduğunu açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytındakı məlumatda bildirilib.
"Klub Alvaro Arbeloanın "Fulhem"in yeni baş məşqçisi təyin edildiyini elan etməkdən məmnundur. 43 yaşlı mütəxəssis 2029-cu ilin yayına qədər qüvvədə olacaq üçillik müqaviləyə razılaşıb.
Titullarla zəngin oyunçu karyerasından sonra Arbeloanın məşqçilik yolu "Real"ın gənclər komandalarından başlayaraq daha sonra isə ötən mövsüm əsas komandaya qədər dünyanın ən böyük klubunda keçib", - məlumatda deyilir.
"Fulhem" İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümünü 11-ci pillədə başa vurub. Komanda 38 oyunda 54 xal toplayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
KİV: Alvaro Arbeloa "Real Madrid"də Xabi Alonsonu əvəz edəcək əsas namizəddir
"Real" Alvaro Arbeloa ilə də yollarını ayıra bilər
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
Mirzoyan: Rusiya Ermənistan dəmir yolunun Türkiyə və Azərbaycan sərhədinədək bərpasını müzakirəyə hazırdır
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib













