Ankarada keçirilən NATO sammitində 50 milyard dollarlıq müdafiə sazişləri imzalanıb
Ankarada baş tutan NATO sammiti çərçivəsində təşkil edilən müdafiə sənayesi forumunda ümumi dəyəri 50 milyard dollardan çox olan sazişlər imzalanıb.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, imzalanan müqavilələr hava hücumundan müdafiə sistemlərinin, eləcə də PUA-ların tədarükünü, həmçinin silah və döyüş texnikası istiqamətində müştərək layihələrin icrasını nəzərdə tutur.
Alyansın baş katibi Mark Rütte qeyd edib ki, 20 üzv ölkə "Drone Edge" təşəbbüsünə qoşulacaq. Bu layihə xətti ilə növbəti beş il ərzində pilotsuz uçuş aparatlarının və onlara qarşı mübarizə vasitələrinin istehsalına 40 milyard dollar həcmində investisiya yönəldiləcək.
Onun sözlərinə görə, Ankara toplantısında NATO ölkələri müdafiə sektoru üzrə on milyardlarla dollar dəyərində müqavilələrə imza atacaqlar.
Türkiyənin paytaxtında keçirilən ikigünlük NATO sammitinə alyansa daxil olan 32 dövlətin rəhbəri qatılıb. Qeyd olunur ki, iyulun 8-də alyansın dövlət və hökumət başçılarının iştirakı ilə plenar sessiya təşkil olunacaq.
Oxşar xəbərlər
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Elşən Həsənov: Azərbaycanda kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur
-
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək
-
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
-
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər













