Azərbaycan Rusiyada vergidən yayınma ilə mübarizəni müzakirə edib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Rusiyanın Sankt-Peterburq şəhərində "Vergi islahatlarının nəzəriyyəsi və praktikası" mövzusunda XVIII Beynəlxalq Simpoziumda vergidən yayınma halları ilə mübarizədə innovasiyaların rolunu müzakirə edib.
"Report" DVX-yə istinadən xəbər verir ki, tədbirdə Rusiya Federal Vergi Xidmətinin Neva Akademiyası, Sankt-Peterburq Politexnik Universitetinin İqtisadiyyat və Sənaye Menecmenti İnstitutu, digər elm-təhsil müəssisələri, habelə Çin, Almaniya, Özbəkistan və digər ölkələrin nümayəndələri iştirak ediblər.
Tədbirdə texnoloji innovasiyaların fiskal stimullaşdırılmasının nəzəri-metodoloji, infrastruktur və praktiki aspektləri, vergidən yayınma halları ilə mübarizədə innovasiyaların rolu, regional və sahəvi çağırışlar, süni intellekt və texnologiyaların tətbiqində və ölkənin texnoloji suverenliyinin təmin edilməsində vergi siyasətinin strateji istiqamətləri kimi mövzular müzakirə edilib. İştirakçılara texnoloji innovasiyaların vergi stimullaşdırılması üzrə müsbət təcrübələr təqdim olunub.
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev tədbirdə iştirak edib. N. Əliyev "Vergi cinayətkarlığı ilə mübarizədə innovativ texnologiyaların istifadəsi" və "Texnoloji innovasiyaların vergi stimullaşdırılması üzrə Azərbaycan təcrübəsi" mövzularında təqdimatlarla çıxış edib. DVX təmsilçisi simpozium çərçivəsində keçirilmiş "Vergi inzibatçılığı sistemində rəqəmsal analitika" mövzusunda təlimdə də iştirak edib.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













