Azərbaycanın əsas irs məkanları üçün dayanıqlı idarəetmə planları hazırlanıb
Far.Az xəbər saytı

Azərbaycanın əsas irs məkanları üçün dayanıqlı idarəetmə planları hazırlanıb


Azərbaycan Dövlət Turizm Agentliyinin (DTA) idarəçiliyində olan əsas tarixi və mədəni irs məkanları üçün dayanıqlı idarəetmə planları hazırlanıb və tətbiq olunur.

"Far.Az" xəbər verir ki, bunu DTA yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən "İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, dayanıqlılıq turizm siyasətinin əsas istiqamətlərindən biridir və bu yanaşma ölkənin irs məkanlarının idarə olunmasında da tətbiq edilir: "Şəki, Xınalıq və Agentliyin idarəçiliyində olan digər irs məkanlarının hər biri üçün dayanıqlı idarəetmə planı mövcuddur. Bu planlar yalnız UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş məkanlar üçün deyil, digər tarixi və mədəni irs obyektləri üçün də hazırlanıb".

F. Zenqstşmid bildirib ki, həmin sənədlər irs məkanlarının uzunmüddətli qorunmasını təmin etməklə yanaşı, ətraf mühitin mühafizəsi, sosial məsuliyyət, iqtisadi dayanıqlılıq və turizm fəaliyyətinin balanslı inkişafı kimi istiqamətləri də əhatə edir: "DTA tarixi və mədəni irsin qorunması ilə turizmin inkişafı arasında balansın təmin edilməsini dayanıqlı turizm siyasətinin əsas prioritetlərindən biri hesab edir".

Oxşar xəbərlər

DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər