"Vestri"nin baş məşqçisi Daniel Osafo-Badu: "Qarabağ" möhtəşəm oyun sərgilədi"
"Qarabağ" "Vestri" ilə oyunda keyfiyyətini nümayiş etdirib.
"Far.Az"un məlumatına görə, bu barədə İslandiyanın "Vestri" klubunun baş məşqçisi Daniel Osafo-Badu mətbuat konfransında deyib.
Mütəxəssis Bakıda "Qarabağ"a uduzduqları (0:3) UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
"Çətin oyun olub. Rəqib keyfiyyətini nümayiş etdirib. Futbolçularımın oyunundan məmnunam. Yaxşı müdafiə olunduq. Nəticədən razı deyiləm. Bu hesab bizi məyus edir. Sadəcə, oyunçuların əzmkarlığı məni qane etdi".
O, cavab qarşılaşması haqqında da danışıb:
"Bu görüşə ciddi hazırlaşmalı və keyfiyyəti artırmalıyıq. "Qarabağ"la matç komandamız üçün motivasiyadır. Bizim üçün əsas liqa oyunları daha vacibdir. Rəqib möhtəşəm oyun sərgilədi. Onlara qarşı oynamaq çətin idi. Kimlərsə təxmin edirdilər ki, "Qarabağ" bizə 10 qol vuracaq".
Qeyd edək ki, cavab görüşü iyulun 17-də baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gələn il pensiya və müavinətlər artırılacaq? - RƏSMİ CAVAB
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub













