Qurban Qurbanov: "Rəqib çox yaxşı müdafiə olundu"
"Vestri" "Qarabağ"la oyunda çox yaxşı müdafiə olunub.
"Far.Az"un məlumatına görə, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında bildirib.
Mütəxəssis Bakıda İslandiyanın "Vestri" komandasına qalib gəldikləri (3:0) UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
"Azarkeşlərə təşəkkür edirəm. Sanki Çempionlar Liqasının oyununda idilər. İlk matçdan başa düşdük ki, çox məsuliyyətli olmalıyıq. Bu, bizə motivasiya verdi. Fanatların hər birinə təşəkkür edirəm. Oyun planında müəyyən narazılığım var idi. Bəzi oyunçuların hazırlığı fərqli səviyyədədir. İkinci hissənin sonunda bir az yorğunluq hiss olundu. Rəqib yaxşı müdafiə olundu. Bizi çox yaxşı təhlil etmişdilər. Cavab görüşündə çox məsuliyyətli olmalıyıq. Görüşün gərgin keçməsi xeyrimizə olacaq. Futbolçuları təbrik edirəm".
O, bütün oyunçuları iştirak ərizəsinə sala bilmədiklərini sözlərinə əlavə edib:
"İlk oyunlarda çox diqqətli olmalıyıq. Futbolçuların hazırlığını nəzərə almalıyıq. Rotasiya ilə bağlı qərarı indi verə bilmərik. Qarşıda hələ vaxtımız var".
Baş məşqçi Elvin Cəfərquliyev haqqında danışıb:
"Komandaya qayıtdı. Bəzi görüşlər oldu. Hər halda, qanunlara hamımız əməl etməliyik. Lazım olanda sərt reaksiyalar verməliyik. Onunla görüşlərimiz oldu və komandaya qayıtdı".
Xatırladaq ki, cavab görüşü iyulun 17-də baş tutacaq.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" oyunu başlayıb
UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib - YENİLƏNİB-5
UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gələn il pensiya və müavinətlər artırılacaq? - RƏSMİ CAVAB
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq













