Tanınmış jurnalist direktor təyin edildi
Far.Az xəbər saytı

Tanınmış jurnalist direktor təyin edildi


"Təhsil TV"nin direktoru vəzifəsinə Bəhruz Nəzərov təyin edilib.

BAKU.WS "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, əmək fəaliyyətinə media sahəsində başlayan Bəhruz Nəzərov müxtəlif illərdə "Space" Müstəqil Teleradio Şirkətində, "İnterfaks-Azərbaycan" informasiya agentliyində, "ATV International" telekanalında, "Yurd TV"də müxtəlif vəzifələrdə çalışıb.

Bəhruz Nəzərov, həmçinin Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat xidmətinin rəhbəri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru, eyni zamanda, "Oil and Industry" jurnalının baş redaktoru olub. Bundan başqa, Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədr müavini, daha sonra isə İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib.

Bəhruz Nəzərov 2012-ci ildə "Əməkdar jurnalist" fəxri adına, 2025-ci ildə isə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalına layiq görülüb.

Tanınmış jurnalist direktor təyin edildi

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər