Azərbaycan cəlb edilmiş suveren maliyyələşdirmənin həcminə görə Avrasiya regionunun TOP-5-ə daxil olub
Far.Az xəbər saytı

Azərbaycan cəlb edilmiş suveren maliyyələşdirmənin həcminə görə Avrasiya regionunun TOP-5-ə daxil olub


Bu ilin ilk yarımilliyinin yekunlarına əsasən, Azərbaycan Avrasiya regionunda ən çox suveren maliyyələşdirmə alan beş ölkə sırasına daxil olub.

"Far.Az" Avrasiya Sabitləşdirmə və İnkişaf Fonduna istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında beynəlxalq maliyyə institutları (BMİ), inkişaf agentlikləri və iqlim fondları tərəfindən Azərbaycana 810 milyon ABŞ dolları həcmində suveren maliyyələşdirmə təsdiqlənib. Bu göstərici ilə Azərbaycan araşdırmaya cəlb olunan 13 ölkə arasında dördüncü yeri tutub.

Cəlb edilmiş maliyyələşdirmənin həcminə görə lider Qazaxıstan (3,22 milyard ABŞ dolları) olub, sonra Pakistan (1,38 milyard ABŞ dolları) və Ermənistan (880 milyon ABŞ dolları) gəlir. Özbəkistan isə 690 milyon ABŞ dolları ilə beşinci yerdədir.

Ümumilikdə, bu ilin ilk altı ayı ərzində Avrasiya regionunda təsdiqlənmiş suveren maliyyələşdirmənin həcmi 7,8 milyard ABŞ dolları təşkil edib. Ümumi həcmin 4,37 milyard ABŞ dolları və ya 55,4 %-i fondun iştirakçı dövlətlərinin payına düşüb. Qazaxıstan, Ermənistan və Azərbaycandan başqa, Tacikistan (160 milyon ABŞ dolları) və Qırğızıstan (98 milyon ABŞ dolları) da əhəmiyyətli həcmdə maliyyələşmə alıblar.

Fondun məlumatına görə, cari ilin iyulun 1-nə olan vəziyyətə əsasən, beynəlxalq maliyyə institutları, inkişaf agentlikləri və iqlim fondları tərəfindən təsdiq edilmiş suveren maliyyələşdirmənin məcmu həcmi 2008-ci ilin əvvəlindən bəri 300 milyard ABŞ dollarını ötüb.

Avrasiya Sabitləşdirmə və İnkişaf Fondunun Tərəfdaşlıq Departamentinin direktoru Gennadi Vasilyev qeyd edib ki, suveren maliyyələşdirmə üzrə məlumat bazası region ölkələrinin maliyyələşdirilməsi haqqında məlumatları birləşdirən vahid analitik sistem kimi yaradılıb.

"Bu gün baza ümumi həcmi 300 milyard ABŞ dollarından çox olan əməliyyatları əhatə edir və uzunmüddətli meylləri, sahəvi prioritetlərin dəyişməsini, ölkələr arasında maliyyələşdirmənin bölüşdürülməsini və beynəlxalq maliyyə institutlarının fəallığını təhlil etməyə imkan verir. Bizim vəzifəmiz dövlətlər, tədqiqatçılar və beynəlxalq təşkilatlar üçün obyektiv məlumatlara açıq və rahat çıxışı təmin etməkdir", - o bildirib.

Oxşar xəbərlər

Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər