Deputat: "Torpaq parçalanması kənd təsərrüfatının inkişafını ləngidir"
Torpaq sahələrinin parçalanması əkin təyinatlı istifadəni azaldır və aqrar sektorun inkişafını ləngidir.
"Far.Az" xəbər verir ki, bunu deputat Tahir Rzayev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, kiçik təsərrüfatların iri təsərrüfatlarla müqayisədə özünü doğrultmaması, məhsuldarlıq göstəricilərinin aşağı olması və müəyyən problemlərin meydana gəlməsi həm dövləti, həm də sahibkarları ciddi narahatlığa salır:
"Parçalanma torpaqların əkin məqsədilə istifadəsini azaldır, texnika, su, təbii ehtiyatlar, gübrə, toxum və digər aqrotexniki vasitələrdən səmərəli istifadəni çətinləşdirir, kənd təsərrüfatı sahəsinin inkişafını ləngidir. Bu istiqamətdə xüsusi hüquqi tənzimləmənin mövcud olmaması torpaqların konsolidasiyasının ölkə səviyyəsində tam şəkildə reallaşdırılmasının qarşısını alır. Buna görə də Torpaq Məcəlləsinə 12-2-ci maddə daxil edilir. Həmin maddə torpaqların konsolidasiyasını kənd təsərrüfatı məqsədi ilə torpaq mülkiyyətçilərinin razılığı və ekvivalent bazar dəyəri əsasında birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən təyin olunması, dəyişdirilməsi nəticəsində mülkiyyət hüquqlarının yenidən rəsmiləşdirilməsi kimi müəyyənləşdirir".
T. Rzayev əlavə olaraq qeyd edib ki, konsolidasiya prosesi müvafiq icra hakimiyyəti orqanının formalaşdırdığı komissiyanın qərarı əsasında hazırlanan layihəyə uyğun olaraq icra edilir: "Dövlətin ehtiyacları üçün özgəninkiləşdirilmə halları istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin alqı-satqısı və sair özgəninkiləşdirmə halları nəticəsində bölünməyə yalnız o zaman icazə verilir ki, bölünmə nəticəsində yaranacaq hər bir torpaq sahəsinin ölçüsü 5 hektardan az olmasın. Yerlərdə vətəndaşlarla ünsiyyət zamanı da bu prinsip təsdiqlənir ki, kiçik torpaq sahələrinin mütləq birləşdirilməsi vacibdir".
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanda aqrar təyinatlı torpaqların konsolidasiyası üçün hüquqi baza yaradılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Kənan Nəsibov: "2028-ci il Los-Anceles olimpiadasında Azərbaycana medal gətirəcəyəm"
-
FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
-
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb













