Azərbaycan və Tacikistan parlamentlərarası dialoqun vacibliyini qeyd ediblər
Far.Az xəbər saytı

Azərbaycan və Tacikistan parlamentlərarası dialoqun vacibliyini qeyd ediblər


Azərbaycan və Tacikistan parlamentlərarası dialoqun davam etdirilməsinin vacibliyini qeyd ediblər.

"Report" Azərbaycanın Düşənbədəki səfirliyinin məlumatına istinadən xəbər verir ki, bu məsələ Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Fəyzəli İdizodanın Tacikistandakı diplomatik missiyasını başa vuran Azərbaycanın səfiri Əlimirzəmin Əsgərovla görüşündə müzakirə olunub.

"Tərəflər 94-dən çox sazişlə möhkəmləndirilmiş ikitərəfli əlaqələrin dinamik inkişafını qeyd edib və iki dost ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün davamlı parlamentlərarası dialoqun və yüksək səviyyəli mübadilələrin vacibliyini vurğulayıblar", - qeyd olunub.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbədəki "Millət" sarayına gəlib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
İordaniya Nümayəndələr Palatasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər