Ərdoğan ilə Rütte regional və qlobal prosesləri müzakirə ediblər - YENİLƏNİB
Far.Az xəbər saytı

Ərdoğan ilə Rütte regional və qlobal prosesləri müzakirə ediblər - YENİLƏNİB


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun Baş katibi Rütte Ankara Sammitinin gündəliyi, regional və qlobal prosesləri müzakirə ediblər.

"Far.Az" Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinə istinadən xəbər verir ki, görüşdə Ərdoğan sammit hazırlıqlarının tamamlandığını bildirib.

Müttəfiqlər arasındakı müdafiə sənayesi əməkdaşlıqlarının artırılması barədə fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, sammit çərçivəsində keçiriləcək Müdafiə Sənayesi Forumu diqqətlə izləniləcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rütte ilə görüşüb.

"Far.Az" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, görüş Prezident İqamətgahında baş tutub. Görüşün mətbuata qapalı keçirildiyi bildirilib.

Oxşar xəbərlər

Ərdoğan: Aİ-yə üzv olmayan ölkələrin müdafiə təşəbbüslərindən kənarlaşdırılması düzgün deyil
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
Ərdoğan Sinqapurun Baş naziri ilə regional məsələləri müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər