Cəlilabadda yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Cəlilabadda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər dünyasını dəyişib, iki nəfər xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Far.Az"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 29-da saat 18:50 radələrində rayonun Cəlayir kəndi ərazisində 1964-cü il təvəllüdlü Vahid Əsgərov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən piyada T.Əmiyevanı vurub. Sonra idarəetməni itirərək qarşıdan gələn, K.Məmmədovun idarə etdiyi "VAZ 2107" avtomobili ilə toqquşub.
Qəza nəticəsində V.Əsgərov ölüb, piyada və digər sürücü isə bədən xəsarətləri alıblar.
Araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu, Cəlayir kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
"Far.Az" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "VAZ" markalı iki minik avtomobili toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Cəlilabadda "VAZ" markalı iki minik avtomobili toqquşub, ölən var
Oğuzda yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB-2
Şəmkirdə “KaMaz” avtomobillə toqquşub, iki nəfər ölüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
İş xanımı bunun üçün Özcan Denizə 5 milyon ödədi
-
"CNN": İran Hörmüzdən keçid üçün pul ödəyən gəmilərə üstünlük verəcək













