Şəmkirdə “KaMaz” avtomobillə toqquşub, iki nəfər ölüb - YENİLƏNİB
Şəmkirdə baş verən ağır yol qəzasının təfərrüatı məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Far.Az”un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonundan keçən hissəsində 2000-ci il təvəllüdlü K. Cəfərlinin idarə etdiyi “KaMaz” markalı yük avtomobili 1986-cı il təvəllüdlü Şamo Qafarovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində “VAZ-2106”da olan sürücü və sərnişinlərdən biri ölüb, digər sərnişin, 1978-ci il təvəllüdlü, Ağstafa rayon sakini Qorxmaz Şirinov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda digər ölən şəxsin kimliyi müəyyənləşdirilir.
Şəmkir rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Far.Az”un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində avtomobil idarəetmədən çıxaraq digər nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində iki nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib.
Onların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə yük və minik avtomobilləri toqquşub, 2 nəfər ölüb - YENİLƏNİB-1
Şəmkirdə yük və minik avtomobilləri toqquşub, 2 nəfər ölüb - FOTO - YENİLƏNİB-2
Şəmkirdə yük və minik avtomobilləri toqquşub, 2 nəfər ölüb - YENİLƏNİB
Bakı-Qazax yolunda “KaMaz” avtomobillə toqquşub, iki nəfər ölüb
İsmayıllıda yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
"Aston Villa" Rafael Leaunun transferi üçün "Milan"la danışıqlara başlayıb
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsü tənqid edildi













