Belçika millisinin baş məşqçisi Rudi Qarsiya: Böyük oyunlarda ən kiçik səhvə də yer yoxdur
Böyük oyunlarda ən kiçik səhvə də yer yoxdur.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu futbol üzrə Belçika millisinin baş məşqçisi Rudi Qarsiya İspaniyaya qarşı DÇ-2026-nın 1/4 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları görüşü şərh edib:
"İspaniyaya qarşı çox yaxşı oynadıq. Amma bu cür matçlarda ən kiçik səhvə belə yer yoxdur və biz iki dəfə yanlışa yol verdik. Yuri Tilemans oyundan əvvəl zədələndi, Kurtua isə matç zamanı sıradan çıxdı. Kevin De Brüyne də oyunu sona qədər davam etdirə bilmədi. Böyük oyunların taleyini xırda detallar həll edir. Belə güclü komandaya qarşı nə hədiyyə vermək, nə də səhv etmək olar. Təəssüf ki, məhz buna görə mübarizəni dayandırdıq".
Qeyd edək ki, İspaniya Belçika seçməsinə 2:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
Azərbaycanın daha bir boksçusu dünya çempionatında mərhələ adlayıb
DÇ-2026: Belçikanı mübarizədən kənarlaşdıran İspaniya yarımfinala yüksəlib - YENİLƏNİB-5
"UFC Fight Night Baku": Gecənin ikinci əsas döyüşündə Maqomedov Pereyranı məğlub edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib













