"Zəyəm Texnologiyalar Parkı" maliyyə vəziyyətini açıqlayıb
"Zəyəm Texnologiyalar Parkı" ASC (ZTP) ötən ili 284 min manat zərərlə başa vurub.
"Report" "Tax Audit" MMC tərəfindən audit yoxlamasından keçmiş maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 14,4 dəfə azdır.
Bununla yanaşı, "Zəyəm Texnologiyalar Parkı"nın məcmu zərəri 1,1 % yüksələrək 26,169 milyon manat səviyyəsinə çatıb.
Bu il yanvarın 1-nə ZTP-nin aktivləri 19,306 milyon manat olub ki, bu da illik müqayisədə 20 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 28,3 % artaraq 15,893 milyon manata çatıb, balans kapitalı isə 7,7 % azalaraq 3,413 milyon manata düşüb.
ZTP 1962-ci ildən fəaliyyət göstərən "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialının bazasında 2002-ci ildə, "Zəyəmkəndmaş" adı ilə yaradılıb, 2014-cü ildə onun adı indikinə dəyişdirilib. Şirkətin nizamnamə kapitalı 18,305 milyon manat, əsas səhmdarı "AzMade Group" MMC-dir. Park ölkə ərazisində sənaye zavodlarının tikintisi və quraşdırılması fəaliyyəti ilə də məşğuldur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycanda auditin yeni missiyası: Etimad yaradan strateji tərəfdaşlıq modeli - ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Belçikanı mübarizədən kənarlaşdıran İspaniya yarımfinala yüksəlib - YENİLƏNİB-5
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib
-
Milli Məclisin iyulun 13-də keçiriləcək iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
-
Apple kommersiya sirri ilə bağlı OpenAI-yə qarşı iddia qaldırıb
-
Hər addımda ölüm riski: Atası şəhid oldu, oğlu yolunu davam etdirir...
-
Qaxda vətəndaş qəbulu keçirilib













